...

Avropa Şurasının İbn Fatumə sayağı səyahəti

Siyasət Materials 7 Oktyabr 2015 22:00 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Xumar Ələkbərova -Trend:

Ərəb Nobel laureatı Nəcib Məhfuzun roman qəhrəmanı İbn Fatumə ("İbn Fatumənin səyahəti") ideal cəmiyyət axtarışında səyahətə çıxır. Müxtəlif ictimai-siyası quruluşlu ölkələrə səyahət edən qəhrəman öz məmləkətində, dini dünyagörüşlərdəki qüsurları da görə-görə son dayanacaqda bu nəticəyə gəlir ki, əslində belə cəmiyyət, ölkə heç mövcud deyil. "Utopiya" terminin banisi sayılan Avropanın da İbn Fatumə sayağı ideal ölkə, cəmiyyət axtarışları başadüşüləndir.

Avropa Şurası da səyahətə çıxıb özündə olmayan keyfiyyətləri axtarır. Özündəki "keyfiyyətləri" bir kənara qoyub, əlimizi yaxına ataq. AŞ səyahət proqramını seçərkən də ayrıseçkiliyə yol verir. Azərbaycana səyahət edib iqtisadi inkişafı, yüksək rifahlı həyat tərzini, hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı dialoqu görməzdən görməzdən gələn AŞ, "insan haqlarının kəskin şəkildə pozulması" kimi utopik iddialar irəli sürür.

Amma nədənsə Ermənistana ümumiyyətlə səyahət etmir. Halbuki burada hər çeşiddə insan haqlarının pozulamsına rast gəlmək olar, lap ekzotikadır. Dinc nümayişlərin dağıdılması, gecikdirilən əmək haqları və yoxsulluq həddi, təqiblərdən, zillətdən qaçıb Azərbaycana sığınmaq istəyən Martirosyanların növbəsi...

Başqa prizmadan baxaq. Avropa bu cür qərarlar, sanksiyalarla nəyə nail olmaq istəyir? Bu kağızda yatan qərarlar Rusiyanı "hərbi yürüşlərdən" çəkindirmədi. Əsla, Azərbaycanın yürüş planları yoxdur. Lakin bu cür kağız oyunları Azərbaycanı da müqəddəs amalından yayındıra bilməz. Azərbaycan da insan haqlarının müdafiəsi naminə hər an Ali Baş Komandanın əmri altında işğal olunmuş torpaqlarını geri alaraq, doğma torpaqlarından didərgin salınmış vətəndaşlarının haqlarını qorumağa hazırdır. Dəyirman öz işində, çax-çax baş ağrıdır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti