Azərbaycan, Bakı, 9 oktyabr /Trend, Azər Niftiyev/
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib.
Trend-in məlumatına görə, bu gündən parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər.
Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış - 31 oktyabr saat 08:00-a qədər davam edəcək.
Xatırladaq ki, indiyədək 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.