...

Azərbaycanın ATƏT-dəki missiyası: DTİHB mandatın pozulmasının mənfi presedentini yaratdı

Siyasət Materials 6 Noyabr 2015 11:48 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməklə mandatını pozaraq mənfi presedent yaratdı
Azərbaycanın ATƏT-dəki missiyası: DTİHB mandatın pozulmasının mənfi presedentini yaratdı

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməklə mandatını pozaraq mənfi presedent yaratdı. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndiliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz mandatın pozulmasının nəticələrinin aradan qaldırılması məqsədilə DTİHB ilə açıq və konstruktiv idik. Nümayəndə heyətimiz DTİHB-ə seçkilər məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi dəfələrlə təklif edib. DTİHB-nin mandatının pozulmasının mənfi presedentini yaratmamaq, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina qərarını ləğv etmək üçün Büronu razı salmağa çalışırdıq. Təəssüf ki, DTİHB çağırışlara fikir vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi".

Bəyanatda qeyd edilir ki, Azərbaycan ATƏT-in institutları və təşkilatın iştirakçı dövlətləri ilə əməkdaşlığı ATƏT-in prinsipləri əsasında davam etdirməyə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti