...

Rusiya ATƏT DTİHB-nin işi üzrə audit aparılmasının tərəfdarıdır

Siyasət Materials 11 Noyabr 2015 17:58 (UTC +04:00)
Kim deyib ki, hər hansı ölkəyə, məsələn, Azərbaycana 270, Almaniyaya isə cəmi 2 müşahidəçi göndərmək lazımdır?
Rusiya ATƏT DTİHB-nin işi üzrə audit aparılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) işi üzrə audit aparılmasının tərəfdarıdır. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.

O bildirib ki, bu və ya digər bürokratik institutlara xərclərin artırılması kimi sonsuz tələblərə görə auditin aparılması qanuni məsələdir.

A.Meşkov DTİHB-nin ATƏT-dən ayrı müstəqil qurum olmasına dair bəyanatını kəskin tənqid edib: "Bu, ATƏT-in institutudur. Kim deyib ki, hər hansı ölkəyə, məsələn, Azərbaycana 270, Almaniyaya isə cəmi 2 müşahidəçi göndərmək lazımdır? DTİHB-nin fəaliyyətinə nəzarət etmək lazımdır. Buna görə də Büronun auditinin aparılması məntiqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti