...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Terrorizm sərhəd tanımır və ona qarşı amansız mübarizə aparılmalıdır

Siyasət Materials 18 Noyabr 2015 11:06 (UTC +04:00)
Parisdə törədilən terror aktları ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən qətnamə qəbul olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi:  Terrorizm sərhəd tanımır və ona qarşı amansız mübarizə aparılmalıdır

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tərəfindən qəbul edilən qətnamədə noyabrın 13-də Fransanın paytaxtı Parisdə bir-birinin ardınca törədilən və yüzlərlə insanın ölümü, eləcə də yaralanması ilə nəticələnən terror aktları pislənilir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sənəddə deyilir ki, Fransanı sarsıtmış qanlı hadisə ərəb və müsəlman dünyasındakı çox sayda ölkələri böyük qorxu içində saxlayan dəhşətli hadisələrin davamıdır və bu, bir daha sübüt etdi ki, sərhəd tanımayan terrorizmlə hər yerdə amansız mübarizə aparılmalıdır.

Qətnamə müəlliflərinin fikrincə, vətəndaşların təhlükəsizliyinin təminatı üçün hərbi vasitələrin istifadəsi, həmçinin müharibə qurbanlarına humanitar yarıdımın göstərilməsi ilə yanaşı, islamın əsl dəyərlərinin düzgün anlaşılması, plüralizm və qarşılıqlı anlaşmanın təmin edilməsi istiqamətində də önəmli işlər görülməlidir. Təşkilatın üzvləri hesab edir ki, YUNESKO-nun nizamnaməsində qeyd edildiyi kimi, sülhün təməli insanların şüurunda formalaşır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bəyan edir ki, qlobal terrorun fəlakətli nəticələrinə qarşı mübarizə çərçivəsində təşkilat cəmiyyətin yaşamalı olduğu bəşəri dəyərlərin təbliğini yorulmadan davam etdirəcək: "Biz zərərçəkənlərin və günahkarın kimliyindən asılı olmayaraq, ekstrimizm, zorakılıq və terrorizmə qarşıyıq. İnanırıq ki, cinsindən, dilindən, dinindən, irqindən və milliyətindən asılı olmayaraq, insanların düşüncələrini ədalət, ləyaqət və bərabərlik kimi anlayışlarla qidalandırmaq öz töhfəsini verəcək. Biz fəaliyyətimizin önəmli bir hissəsini mədəniyyətlər və dinlərarası dialoqun, qarşılıqlı anlaşmanın inkişafına həsr etməkdə davam edəcəyik".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından yayılan qətnaməni mərkəzin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin; təşkilatın üzvləri - Boris Tadic, Olusequn Obasanjo, Viktor Yuşşenko, Emil Konstantinesku, Petar Stoyanov, İvo Josopovic, Stepan Mesic, Rexhep Meydani, Valdis Zatlers, Çandrika Kumaratunqa, Petru Luçinski, Zlatko Laqumdjiya, İveta Radicova, Peter Medqyessy, Franko Frattini və Hikmet Çetin imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti