...

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Siyasət Materials 30 Noyabr 2015 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti