Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Trend AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.