...

Aİ Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Yanvar 2016 12:08 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək.
Aİ Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Təfərüratlar əlavə olunub (ilk xəbər saat 11:03-də yayımlanıb)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Bakıda Aİ-nin Azərbaycandakı səfiri Malena Mard elektron kənd təsərrüfatına həsr olunmuş seminarda bildirib.

O deyib: "Biz ərzaq təhlükəsizliyinə böyük önəm veririk və bu sahədə Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq".

M.Mard qeyd edib ki, elektron kənd təsərrüfatının vacib komponentlərindən biri subsidiyaların idarə edilməsidir: "Aİ bu məsələdə böyük təcrübəyə malikdir. Lakin biz də hansısa məqamlarda səhv edə bilərik və buna görə də Azərbaycandan nəyisə öyrənməliyik. Biz Azərbaycanla bərabərhüquqlu tərəfdaşlar kimi işləyə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti