...

Azərbaycan və Yaponiya ikitərəfli münasibətləri müzakirə ediblər

Siyasət Materials 29 Yanvar 2016 16:09 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin xarici işlər üzrə dövlət naziri Yodzi Muto ilə iki ölkə münasibətlərini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "Feysbuk" səhifəsində yazılır.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, iqtisadi və ticarət əlaqələrini, yüksək səviyyəli səfərlərin hazırlanması məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti