...

Azərbaycanla Yunanıstan arasında bir neçə sənəd imzalanma ərəfəsindədir

Siyasət Materials 3 Fevral 2016 17:10 (UTC +04:00)
Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri ilə görüşüb.
Azərbaycanla Yunanıstan arasında bir neçə sənəd imzalanma ərəfəsindədir

Bakı. Trend:

Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri ilə görüşüb.

Trend AzTV-nin saytına istinadən məlumat verir ki, Azərbaycanla Yunanıstanın inkişaf edən əlaqələrindən danışan Milli Məclisin sədri Oqtay Əsədov münasibətlərdə dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm əhəmiyyətini vurğulayıb. Bildirib ki, indiyədək ölkələrimiz arasında müxtəlif səhələrə dair sənədlər imzalanıb. Daha bir neçə sənəd isə imzalanma ərəfəsindədir.

Spiker ölkələrimiz arasındakı mövcud iqtisadi əməkdaşlıqdan da söz açaraq TAP layihəsinin ticarət əlaqələrini daha da artıracağını deyib.

Yunanıstanın xarici işlər naziri N.Kotzias Azərbaycanda keçirdiyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olacağına ümid etdiyini bildirib. O, Milli Məclisin sədrinə Yunanıstan parlamenti sədrinin salamlarını çatdırıb. Nazir ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələri yüksək qiymətləndirərək münasibətlərin daha da inkişafı üçün yaxşı imkanların olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti