...

İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial açılıb (FOTO)

Siyasət Materials 27 Fevral 2016 14:24 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası cərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən 26 fevral 2016-cı il tarixdə İsraildə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial açılıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası cərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən 26 fevral 2016-cı il tarixdə İsraildə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Təl-Əviv və Qüds şəhərləri arasında salınmış parkda təşkil olunub. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Rasim Musabəyov, İsrail Knessetinin deputatları, şəhər meri, İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman, Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, dünyada ən dəhşətli soyqırımlardan biri olan Xocalı soyqırımı nəticəsində erməni hərbi birləşmələri tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bü günə qədər məlum deyil. Çıxış edənlər belə hadisələrin heç vaxt və heç yerdə təkrarlanmaması üçün bu görünməmiş ədalətsizliyi unutmamağa çağırıblar.

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorialın açılış mərasimi keçirilib və Xocalı qurbanlarının xatirəsi üçün 613 ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti