...

Azərbaycan Prezidenti vergilər nazirinin iki müavinini təyin edib

Siyasət Materials 29 Mart 2016 21:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sahir Məmmədxanovun vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti vergilər nazirinin iki müavinini təyin edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, S.Məmmədxanov bu vəzifəyə təyin edilməzdən əvvəl vergilər nazirinin müavini olub və Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Hüquq baş idarəsi, Maliyyə-təsərrüfat idarəsi, İnsan resursları idarəsi və Mühasibat uçotu şöbəsini kurasiya edib.

Vergilər nazirinin birinci müavini vəzifəsi Natiq Əmirovun Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsindən sonra vakant idi.

Dövlət başçısının digər sərəncamı ilə İlkin Etibar oğlu Vəliyev vergilər nazirinin yeni müavini təyin edilib.

İ.Vəliyev daha əvvəl Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti