...

İlham Əliyev Polşa Prezidentini təbrik edib

Siyasət Materials 2 May 2016 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Polşa Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti