...

Kəmaləddin Heydərov İranın kənd təsərrüfatı naziri ilə görüşüb

Siyasət Materials 17 May 2016 18:01 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 17-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov İranın kənd təsərrüfatı naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 17-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan K.Heydərov nazirliyin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verərək bildirib ki, qonşu və dost ölkə olan İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir.

Səmimi görüşə görə təşəkkürünü bildirən İranın kənd təsərrüfatı naziri M.Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışıb, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti