...

Səfirlik Bakıda Rusiya vətəndaşının saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib

Siyasət Materials 5 Avqust 2016 17:38 (UTC +04:00)
Rusiya vətəndaşı M.V.Ueldanov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, ona qarşı başqa ittiham irəli sürülməyib.
Səfirlik Bakıda Rusiya vətəndaşının saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı. Trend:

Rusiya vətəndaşı M.V.Ueldanov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, ona qarşı başqa ittiham irəli sürülməyib.

Bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən Qalustyan familiyalı erməni olması iddia edilən Rusiya vətəndaşının M.V.Ueldanovun saxlanması ilə bağlı məsələni şərh edərkən məlumat verilib.

Bildirilib ki, hazırki vaxta qədər səfirlik Azərbaycan tərəfindən lazım olan məlumatı alıb. Səfirliyin əməkdaşı M.V.Ueldanov ilə görüşüb. Hazırda M.V.Ueldanov ilə bağlı araşdırmalar aparılır. Onun günahlandırılan şəxs kimi bütün hüquqları qorunur. Proses hüquqi müstəvidə gedir.

Səfirlikdən bildirilib ki, saxlanılan şəxs milliyətcə ermənidir və bu faktor araşdırmanın gedişinə heç bir təsir göstərmir.

Səfirlik M.V.Ueldanovun işinin Azərbaycan qanunvericiliyinə və Rusiya-Azərbaycan razılaşmalarına tam uyğun şəkildə araşdırılacağına ümid edir.

Qeyd edək ki, iyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə - iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb və o, istintaq təcridxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti