...

Ekspert: Türkiyə maraqlarını qorumaq hüququnu reallaşdırır

Siyasət Materials 24 Avqust 2016 13:36 (UTC +04:00)
Türkiyənin regional oyunçu qismində rolu artıb və Ankara terrorun istənilən təzahürləri ilə mübarizə aparmaq hüququna malikdir, çünki Türkiyə ekstremistlərin hücumuna məruz qalmış ölkədir.
Ekspert: Türkiyə maraqlarını qorumaq hüququnu reallaşdırır

Bakı. Səba Ağayeva - Trend:

Türkiyənin regional oyunçu qismində rolu artıb və Ankara terrorun istənilən təzahürləri ilə mübarizə aparmaq hüququna malikdir, çünki Türkiyə ekstremistlərin hücumuna məruz qalmış ölkədir. Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, bu əməliyyat lokal xarakter daşıyacaq: "Ankaranın irimiqyaslı müharibəyə girişəcəyini düşünmürəm. Əsas vəzifə Carablus şəhərini nəzarətə götürməkdir, oradan Türkiyəyə terror təhdidi gəlir". 

Ekspert hesab edir ki, hazırda regionda üçlü oyun aparılır: "Bir tərəfdən İŞİD kürd məsələsi ilə  spekulyasiya edərək Türkiyəni daha irimiqyaslı münaqişəyə cəlb etməyə çalışır. Hərbi əməliyyatdan əvvəl Türkiyə bu məsələni diplomatik səviyyədə razılaşdırıb. Belə ki, əməliyyatın aspektlərini Rusiya ilə müzakirə edib. Çünki Rusiya Suriyanın hava məkanına qismən nəzarət edir. Digər tərəfdən, əməliyyatın aspektləri ilkin olaraq Suriya tərəfi ilə razılaşdırılıb. Eyni zamanda, bu məsələ İraq kürdlərinin lideri Məsud Bərzaninin Türkiyə səfərində də razılaşdırılıb. Türkiyə kürd xalqı ilə deyil, beynəlxalq terrorla mübarizə aparır".

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti