...

AVCİYA: Referendum şəffaf, ədalətli keçib (YENİLƏNİB)

Siyasət Materials 27 Sentyabr 2016 12:10 (UTC +04:00)
AVCİYA Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum qanunvericiliyə uyğun olaraq, şəffaf, ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir.
AVCİYA: Referendum şəffaf, ədalətli keçib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum qanunvericiliyə uyğun olaraq, şəffaf, ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bəyanatında deyilir.

Qeyd olunur ki, AVCİYA Azərbaycan Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş referendumun daha ədalətli və demokratik keçirilməsi, seçki praktikasının təkmilləşdirilmasinə yaxından kömək göstərmək məqsədilə 3000 müşahidəçi ilə 65 DSK üzrə monitorinqi təşkil edib:

"Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib. Bundan başqa assosiasiya referendum günü saat 21:00-da səsvermənin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib. Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olub, ciddi qanun pozuntusu qeydə alınmayıb".

AVCİYA referendumun Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq, şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitinin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir. Assosiasiya referendumun Azərbaycan Respublikasının dövlət müstəqiliyinin qorunması, dövlət təhlükəsizliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərhələ olduğunu bəyan edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti