...

Abraham Kuperin: Azərbaycan həmişə tolerant və multikultural ənənələrə üstünlük verib

Siyasət Materials 29 Sentyabr 2016 13:01 (UTC +04:00)
“Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdiyi və dünya üçün mühüm məsələlərin müzakirəsi üçün şərait yaratdığına görə Azərbaycana təşəkkürümüzü bildiririk”.
Abraham Kuperin: Azərbaycan həmişə tolerant və multikultural ənənələrə üstünlük verib

Bakı. Elçin Mehdiyev - Trend:

“Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdiyi və dünya üçün mühüm məsələlərin müzakirəsi üçün şərait yaratdığına görə Azərbaycana təşəkkürümüzü bildiririk”.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində panel müzakirələri zaman ABŞ-da yerləşən Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmə və dinlərarası dialoqa xüsusi diqqət yetirir: “Azərbaycan həmişə tolerant və multikultural ənənələrə üstünlük verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də bu ənənələri davam etdirir. Bu gün bu Forumda dünyanın dini liderləri bir araya gələrək mühüm məsələləri müzakirə etmək və dinlərarası dialoqun gücləndirilməsinə töhfə vermək imkanı əldə ediblər. Bütün bunlara görə Azərbaycana təşəkkürümüzü bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti