Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycan böhranın tüğyan etdiyi regionda mütərəqqi və çiçəklənən ölkə nümunəsidir. Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Arizonadan olan senator Karlayl Bigey deyib.
Onun sözlərinə görə, multikulturalizm məsələlərinin müzakirə edilməsi dünyada demokratiya və ədalətin irəliləməsi baxımdan vacibdir.
Senator deyib ki, Bakı Forumu bütün dünyada multikulturalizm dəyərlərini inkişaf etdirmək üçün yeni ideyaları müzakirə etmək və mühüm qərarları qəbul etmək imkanı verir.