...

Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcək

Siyasət Materials 2 Dekabr 2016 10:53 (UTC +04:00)
Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.
Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Trend-ə bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.

Diplomatın sözlərinə görə, səfər 14-16 dekabr tarixlərində baş tutacaq.

V.Pivonka qeyd edib ki, fevralın əvvəlində Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bununla əlaqədar Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfər edəcək:

"Biz Azərbaycan və Çexiya Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum hazırlamışıq. Yekun sənəd hazırdır. Gələn ilin əvvəlində iki ölkənin energetika nazirləri tərəfindən bu sənədin imzalanacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti