...

"The American Spectator": "Ermənistan-Azərbaycan Sülh Platforması" hesablaşılacaq qüvvəyə çevrilir

Siyasət Materials 15 Fevral 2017 14:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi müttəfiqlərinin maraqlarını müdafiə edən bir çox dövlətin qatılacağı böyük miqyaslı regional tooquşmaya çevrilə bilər
"The American Spectator": "Ermənistan-Azərbaycan Sülh Platforması" hesablaşılacaq qüvvəyə çevrilir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi müttəfiqlərinin maraqlarını müdafiə edən bir çox dövlətin qatıla biləcəyi böyük miqyaslı regional toqquşmaya çevrilə bilər.

Trend-in məlumatına görə, bu barədə “The American Spectator” nəşrində yer alan məqaləsində xarici hökumət, QHT və korporasiyaları strateji kommunikasiya və siyasət sahəsində məsləhət verən “Tool Shed Group”un rəhbəri Ceyson Kats bildirib.

Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionunun qarşı qütblərində dayanır. Azərbaycan ABŞ, İsrail və Qərblə müttəfiqlik etdiyi halda, Ermənistan Rusiya və İranla bir ittifaqdadır.

Müəllif yazır ki, rəsmi Bakının təqdim etdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması” təşəbbüsü son iyirmi il ərzində danışıqlarda heç bir nailiyyət əldə etməmiş ATƏT-in Minsk qrupu kimi vasitəçilərlə müqayisədə fərqli yol tutub.

C.Kats yazır: "Sülh platforması" hesablaşmamaq mümkün olmayan bir qüvvəyə çevrilir. Platforma Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu genişmiqyaslı müharibənin yaranması təhlükəsinin azaldılması üçün işləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti