Bakı. Trend:
Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan Trend-ə verilən məlumata görə, İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir.
S/s |
İtki və tələfatların növləri |
Dəymiş zərərin məbləği (mlrd. ABŞ dolları) |
1. |
Əhaliyə dəymiş zərərlər: |
147,80 |
1.1. Əhalinin tələf olma, sağlamlığın və normal yaşayışın səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər |
140,40 |
|
1.2 Əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərərlər |
7.40 |
|
2. |
Dövlətə dəymiş zərərlər: |
126,46 |
2.1. Sosial sahədə dəymiş zərərlər |
33,93 |
|
2.2. İqtisadi sahədə dəymiş zərərlər |
92,53 |
|
3. |
Ətraf mühit və təbii sərvətlər üzrə itkilər |
244,42 |
4. |
Tarixi və mədəniyyət abidələrinə dəymiş zərərlər |
177,00 |
5. |
İşğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər |
124,47 |
İşçi qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim olunacaq.