...

Macarıstan Azərbaycana 100 min avro ayırdı

Siyasət Materials 28 Aprel 2017 10:56 (UTC +04:00)
ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”
Macarıstan Azərbaycana 100 min avro ayırdı

Trend-i buradan izləyin

Bakı. Səba Ağayeva - Trend:

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi" layihəsi çərçivəsində 100 min avro ayırıb.

Macarıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ödəniş NATO Dəstək Agentliyinin hesabına edilib. NATO-nun mənzil-qərargahında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Türkiyə "Ceyrançöl təmizləmə layihəsi"nin 3-cü mərhələsinin lider ölkəsi kimi, Azərbaycan isə alıcı ölkə kimi Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin yanvarından Macarıstan səfirliyi NATO-nun Bakıdakı nümayəndəliyinin əlaqələndiricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti