Bakı. Elmira Tariverdiyeva - Trend:
Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın nüfuzlu “The Hill” jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb.
Müəllif qeyd edib ki, iki ölkənin de-fakto “müharibə vəziyyətində” olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.
Bütün Ermənistanda, eləcə də Yerevanda satılan məhsulların üzərinə Azərbaycanın ixracat şirkəti – “DAD” şirkətinin loqoları vurulub.
Məqalədə qeyd olunub ki, Ermənistan hökuməti "alma qalmaqalı"ndan o dərəcədə narahat olub ki, bütün şəhərlərə və yaşayış məntəqələrinə bu məhsulların müsadirəsini həyata keçirən agentlərini yollayıb.