...

Bahar Muradova: Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var

Siyasət Materials 16 May 2017 12:48 (UTC +04:00)
Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var.
Bahar Muradova: Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var

Bakı. Trend:

Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var.

Trend-in məlumatına görə, bunu bu gün parlamentin plenar iclasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib: "Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı yaranmış bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir – bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir. Vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Mən düşünmürəm ki, bu, Rusiyanın rəsmi mövqeyidir”.

B.Muradova qeyd edib ki, ölkədə rus dili və mədəniyyəti, rus dilində tədris verən məktəblər Rusiyanın xoşuna gəlmək üçün inkişaf etdirilmir.

O həmçinin bildirib ki, başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti