...

Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Siyasət Materials 6 İyun 2017 19:20
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.
Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

S.Lavrov bildirib: "Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər davam etdirilməlidir".

Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, çox həssas məsələlərə təsir edəcək bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Amma biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu çərçivədə onlar arasında hələ də razılaşdırılmayan xırda, lakin çox ciddi detalları həll etməyə çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti