...

Bakı dağ yəhudiləri dini icmasının rəhbəri: Bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun

Siyasət Materials 7 İyul 2017 18:05 (UTC +04:00)
Azərbaycana qarşı, xüsusilə də dinc sakinlərə qarşı növbəti erməni təxribatı bəşəriyyətə qarşı cinayətdir
Bakı dağ yəhudiləri dini icmasının rəhbəri: Bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycana qarşı, xüsusilə də dinc sakinlərə qarşı növbəti erməni təxribatı bəşəriyyətə qarşı cinayətdir.

Bunu Trend-ə Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib.

Onun sözlərinə görə, Ermənistan bu cinayətkar hərəkətlərinə görə cəzalandırılmalıdır.

M.Yevdayev qeyd edib ki, cəzasız qalmaqla Ermənistan bu cür cinayətləri törətməkdə davam edəcək:

“Biz, Azərbaycanda yaşayan yəhudilər, Ermənistanın Azərbaycana qaşrı cinayətkar əməllərini qətiyyətlə pisləyirik. Biz hər şeyi edəcəyik ki, bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti