Bakı. Trend:
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, görüş yerli vaxtla 19:00-da baş tutacaq.
XİN rəsmisinin sözlərinə görə, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.