...

Azərbaycanın fəxri konsulu Qərbi Avstraliya ştatının parlament üzvləri ilə görüşüb

Siyasət Materials 17 Avqust 2017 15:17 (UTC +04:00)
Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Qərbi Avstraliya ştatının parlament üzvləri ilə görüş keçirib.
Azərbaycanın fəxri konsulu Qərbi Avstraliya ştatının parlament üzvləri ilə görüşüb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Qərbi Avstraliya ştatının parlament üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan-Avstrliya Dostluq Cəmiyyətinin prezidenti Con Hammond da iştirak edib.

Parlament üzvləri arasında Qərbi Avstraliyanın rekreasiya və idman naziri Mik Mürrey, ətraf mühit və su ehtiyatları “kölgə” naziri Stiv Tomas və fövqəladə hallar və korreksiya xidmətləri naziri Fran Loqan yer alıblar.

Görüş zamanı iki ölkə arasında cari və gələcək əməkdaşlıq məsələləri, eləcə də ticari-iqtisadi əlaqələr və sosial məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti