...

Deputat: Sonda Avropa Şurası özü peşman olacaq

Siyasət Materials 11 Oktyabr 2017 19:20 (UTC +04:00)
Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız təzyiq və tələbləri ilə üzləşib və bu gün AŞ PA-da qəbul olunan sənədlər bu təzyiqlərin kluminasiya nöqtəsidir.
Deputat: Sonda Avropa Şurası özü peşman olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız təzyiq və tələbləri ilə üzləşib və bu gün AŞ PA-da qəbul olunan sənədlər də həmin təzyiqlərin kulminasiya nöqtəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, uzun illərdir Avropa Şurası islama, müsəlman ölkələrinə qarşı düşmən mövqe nümayiş etdirir: “Müsəlman dövləti deyəndə bunların fikrindən ancaq bir şey keçir – qarışıqlıq, qeyri-stabillik, münaqişələr, müharibələr, parçalanma, aclıq, dövlət çevrilişləri və s. Onlar müsəlman dövlətlərini ancaq belə görmək istəyir. Bu gün müstəqil siyasət aparan, beynəlxalq aləmdə nüfuzu, hörməti, hərbi potensialı gündən-günə artan Azərbaycan onların xoşuna gəlmir”.

Deputat bildirib ki, AŞ PA bu cür sənədlər qəbul etməklə heç nəyə nail ola bilməyəcək: “Bu gün Avropa Azərbaycana olduğundan çox, Azərbaycan Avropaya lazımdır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihələrində iştirak edir. Qərb bundan nəticə çıxarmalıdır. Guya biz Avropa Şurasının üzvü olmasaq, dövlət kimi mövcud ola bilməyəcəyik?! Nə sənəd qəbul edirlər etsinlər, sonda özləri peşman olacaqlar”.

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti