...

Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Siyasət Materials 1 Noyabr 2017 20:54 (UTC +04:00)
Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı. Trend:

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Trend-in məlumatına görə, bunu noyabrın 1-də Tehranda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Prezident İlham Əliyevi salamlayan Vladimir Putun bildirib: "Hörmətli İlham Heydər oğlu. Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.

Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.

Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti