...

Beynəlxalq təşkilatların rəhbərliyi köçkün qadınlarla bağlı məlumatlandırılıb

Siyasət Materials 5 Noyabr 2017 12:06 (UTC +04:00)
Millət vəkili Q.Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi ilə köçkün qadınlardan danışıb.
Beynəlxalq təşkilatların rəhbərliyi köçkün qadınlarla bağlı məlumatlandırılıb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərləri görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib.

Trend-in məlumatına görə, Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərlərinə məlumatlar verib, fikir mübadiləsi aparılıb.

Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili onları Azərbaycana dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti