...

Azərbaycanla Aİ arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlarda tərəqqi var (YENİLƏNİB)

Siyasət Materials 12 Dekabr 2017 12:00 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı aparılan danışıqlarda tərəqqi var.
Azərbaycanla Aİ arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlarda tərəqqi var (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı aparılan danışıqlarda tərəqqi var.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, dekabrın 15-i keçiriləcək növbəti konfransda enerji və ekoloji məsələlər müzakirə olunacaq: "Sazişin qalan blokları üzrə müzakirələr isə gələn ilin əvvəllərində aparılacaq".

M.Məmməd-Quliyev bildirib ki, danışıqlar gələn ilin sonuna kimi uzana bilər: "Siyasi blokda bəzi irəliləyişlər var, ticarət və investisiya üzrə isə bir qədər ləngimələr var".

Nazir müavini əlavə edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması aktual olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti