...

Azərbaycan və Aİ arasında aviasiya sazişi üzrə danışıqların vaxtı müəyyənləşib

Siyasət Materials 3 Yanvar 2018 18:26 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey 27-30 yanvar tarixlərində Azərbaycana səfər edəcək.

Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.

Onun sözlərinə görə, səfər zamanı H.Hololey Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələr aparacaq.

Daha öncə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etmişdi ki, Avropa İttifaqı Azərbaycanla aviasiya sazişinə 2018-ci il yanvar ayının ikinci yarısında imza atmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti