...

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Yanvar 2018 19:52 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti