Bakı. İlhamə İsabalayeva - Trend:
Vaxt gələcək, 5-10 ildən sonra dövlət alimlərin, xüsusilə akademiklərin qarşısında Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması üçün işlər aparmaq tələbi qoyacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.
A.Əlizadə qeyd edib ki, Yerin dərinliyində neft tapmaq imkanları məhduddur: "Amma BP şirkətinin Meksika körfəzində 10 km dərinlikdə neft yatağı tapması onu göstərdi ki, bu fikirlər yanlışdır. Buna görə də bizim dərinliklərdə neft axtara biləcəyimiz barədə proqnozlar verməyə əsasımız var".