...

ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Siyasət Materials 3 Mart 2018 08:37 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyası göndərəcək.
ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Bakı. Trend:

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında bildirilir.

Fevral ayında Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

Bununla bağlı Büro 7 pozisiya üzrə vakansiyalar elan edib:

Missiya başçısı

Missiya başçısının müavini

Siyası analitik

Seçkilər üzrə analitik

Hüquqi analitik

Media-analitik

Uzunmüddətli müşahidəşilərin koordinatoru

Qeyd olunur ki, ölkəmizə 280 nəfərin bilavasitə seçkilər günü müşahidə üçün (qısamüddətli müşahidəçilər), həmçinin 30 uzunmüddətli müşahidəçinin göndərilməsi tövsiyə olunur.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti