...

Avroparlamentari: Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır

Siyasət Materials 11 Aprel 2018 13:37 (UTC +04:00)
"Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır"
Avroparlamentari: Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır.

Bunu Trend-ə Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti daha bir neçə seçki məntəqəsinə getmək niyyətindədir:

“Burada müasir texnologiyalar tətbiq olunur, seçicilərin ciddi qeydiyyatı aparılır. Hər şey Böyük Britaniyada olduğu kimi baş verir”.

Deputat əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında görüşdən sonra daha bir neçə məntəqəyə gedəcəklər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti