...

Səudiyyə Ərəbistanın səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır (FOTO)

Siyasət Materials 12 Aprel 2018 16:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səudiyyə Ərəbistanın səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir Müsadi bin İbrahim əs-Süleymi ölkəmizə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevin seçilməsi münasibətilə təbrik edib. Səfir ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Qeyd olunub ki, keçən il 35.000-dən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərəci daha da artacaq.

E.Məmmədyarov Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğulayıb.

Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür edib.

E.Məmmədyarov Səfir Müsadi bin İbrahim əs-Süleyminə ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini və təqdir edildiyini deyib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti