...

Bolqarıstan Prezidenti: "Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik"

Siyasət Materials 17 Aprel 2018 17:02 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bolqarıstan Prezidenti: "Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik"

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaq və regional sülhün və sabitliyin güclənməsinə töhfəsini verəcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti