...

Millət vəkili: Azərbaycan Prezidentinin Britaniyaya səfəri iki ölkənin tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir

Siyasət Materials 27 Aprel 2018 17:18 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyevin prezident seçiləndən sonra dəhral Türkiyə və Böyük Britaniyaya səfəri mühüm əhəmiyyət kəsb edir.
Millət vəkili: Azərbaycan Prezidentinin Britaniyaya səfəri iki ölkənin tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçiləndən sonra dəhral Türkiyə və Böyük Britaniyaya səfəri mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, dövlət başçısının Türkiyəyə səfəri iki ölkə arasında qardaşlığı bir daha beynəlxalq aləmə sübut etdi:

"Cənab prezident höküməti formalaşdıran kimi Türkiyəyə səfər etdi. Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında çox mühüm sənəndlər imzalandı. Bir daha təsdiq olundu ki, Türkiyə və Azərbaycan kimi dünyada bir-birinə yaxın olan ikinci dövlətlər yoxdur. Bu məsələyə dünya miqyasında da müsbət yanaşıldı. Cənab Prezident çıxışında da qeyd etdi ki, Azərbaycanla Türkiyə bir-birilərinə o qədər yüksək məbləğdə sərmayə yatırıblar ki, bu məbləğdə yatırımlar yalnız qardaş dövlətlər arasında ola bilər. Çünki Azərbaycanla Türkiyə təbii müttəfiqdir. Yəni bu əməkdaşlıq genetik koddan gələn bir müttəfiqlikdir".

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfərinə də toxunan T.Kərimli qeyd edib ki, bu səfər iki ölkənin tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir və yeni əməkdaşlıq imkanları yaradacaq:

"Bu səfər həm də bəzilərinin Azərbaycanla bağlı beynəlxalq aləmdə mənfi fikir səsləndirməsinə cavab oldu. Həmin qüvvələr iddia edirdilər ki, guya bu seçkilərdən sonra böyük dövlətlər Azərbaycanı tanımayacaq, prerzident seçkilərinə soyuq yanaşacaq və sair. Amma Azərbaycan Prezidentinin Britaniyaya səfərə dəvət olunması, keçirilən görüşlər, bundan başqa, aparıcı ölkələrin liderlərinin - Angela Merkelin, Emmanuel Makronun Prezident İlham Əliyevə xüsusi təbriki onu göstərdi ki, Azərbaycanın böyük dövlətlər üçün dəyəri, əhəmiyyəti var. Bu səfəri mən bir növ fövqəladə hadisə kimi qiymətləndirirəm. Çünki bu, Azərbaycan üçün çox əhəmiyyətli bir səfərdir. Bu səfər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu bir daha nümayiş etdirdi. Cənab Prezident bir daha dünyaya sübut etdi ki, Azərbaycanla düşmənçilik edən dövlətlərin cəhdləri əbəsdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti