...

Azərbaycandakı Türkiyə vətəndaşları daha tez səs verəcəklər - İyunun 17-də

Siyasət Materials 1 May 2018 09:54 (UTC +04:00)
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 17 iyun seçkilərində səs verəcəklər.
Azərbaycandakı Türkiyə vətəndaşları daha tez səs verəcəklər - İyunun 17-də

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər.

Bu barədə Trend-ə Türkiyə Ali Seçki Komissiyasından (YSK) məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda olan Türkiyə vətəndaşları gün ərzində səs verə biləcəklər:

"Rusiyada yaşayan Türkiyə vətəndaşları isə 16-17 iyun tarixlərində səsvermədə iştirak edəcəklər".

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti