...

Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşəcək

Siyasət Materials 11 İyun 2018 12:02 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 12-də Gürcüstana rəsmi səfəri başlayır.
Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 12-də Gürcüstana rəsmi səfəri başlayır.

Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Komitə sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlıb.

Səfər iyunun 17-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti