...

XİN: Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir (ÖZƏL) (VİDEO)

Siyasət Materials 7 Sentyabr 2018 14:32 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir
XİN: Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir (ÖZƏL) (VİDEO)

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı Trend-in Rusiya və Azərbaycan arasında regional təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlığın intensivləşdirilməsinin perspektivləri barədə sualına cavab olaraq deyib.

O deyib: “Bizdə müvafiq mexanizm mövcuddur. Məsələn, xarici işlər nazirlikləri arasında müxtəlif mövzularda, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirəsini nəzərdə tutan məsləhətləşmələr keçirilir. Fikirləşmirəm ki, bunlar intensivləşdirmək və ya hansısa şəkildə azaltmaq lazımdır. Bu mexanizm gözəl işləyir. İki ölkənin dövlət qurumları və strukturları arasında dialoq mövcuddur və qüsursuz işləyir. Ona görə fikirləşirəm ki, hər hansı bir intensivləşdirmə indiki halda lazım deyil, çünki hər şey kifayət qədər intensiv işləyir. Amma hər hansı bir konkret məsələni xüsusi vurğulamaq lazım olarsa, bunu hər zaman etmək olar. Bizim Bakı ilə dialoqumuz gözəl inkişaf edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti