...

Azərbaycanın xarici işlər naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb (FOTO)

Siyasət Materials 27 Sentyabr 2018 02:37 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşüb
Azərbaycanın xarici işlər naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi vurğu etməklə ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti