...

Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra XİN rəhbəri ilə görüşlər keçirib (FOTO)

Siyasət Materials 29 Sentyabr 2018 17:39 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda İordaniya Haşimilər Krallığı, Seneqal Respublikası və Oman Sultanlığından olan həmkarları ilə görüşüb
Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra XİN rəhbəri ilə görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Xarici İşlər və Mühacirlərin məsələləri üzrə naziri Əymən Əs-Safadi, Seneqal xarici işlər və xaricdə yaşayan seneqallılarla iş üzrə naziri Sidiki Kaba və Omanın xarici işlər üzrə məsul naziri Yusif bin Ələvi bin Abdullah ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti