...

Komitə: Ölkədə çapı nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb

Siyasət Materials 1 Oktyabr 2018 11:47 (UTC +04:00)
Əvvəlki illərlə müqayisədə bu gün ölkədə çap edilməsi nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb.
Komitə: Ölkədə çapı nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Əvvəlki illərlə müqayisədə bu gün ölkədə çap edilməsi nəzərdə tutulan zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 42 rəsmi dini mağaza fəaliyyət göstərir.

Dini mağazalara icazələrin verilməsi prosedurunun davam etdirildiyini nəzərə çatdıran komitə rəsmisi qeyd edib ki, dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir və bu nəzarət bundan sonra da davam etdiriləcək.

G.İsmayılov qeyd edib ki, ölkədə çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır: "Əsas məqsədimiz xaricdən ölkəyə idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır. Çünki xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini ehtiva edir. Bu nöqteyi-nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Bu istiqamətdə xeyli işlər görülüb".

Komitə rəsmisinin sözlərinə görə, əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 %-i yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 % olub: "Ancaq bu göstərici bizi yenə də qane etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti