...

Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Siyasət Materials 4 Oktyabr 2018 19:06 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalilinin diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib.

Nazir BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rəbbani ilə faydalı müzakirələr apardığını diqqətə çatdırıb. Təhlükəsizlik sahəsində Azərbaycanın Əfqanıstanla sıx əməkdaşlıq etdiyini qeyd edən E.Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin nəqliyyat sahəsində Əfqanıstan üçün də yeni imkanlar açdığını qeyd edib.

Səfir Mohammad Taqi Xalili diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti