...

AŞ PA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib

Siyasət Materials 21 Yanvar 2019 15:55 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib
AŞ PA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Strasburqda bu gün işə başlamış və yanvarın 25-dək davam edəcək AŞ PA qış sessiyası zamanı elan olunub.

Azərbaycan tərəfindən nümayəndə qismində Ülviyyə Ağayeva, Sahibə Qafarova, Sabir Hacıyev, Rəfael Hüseynov, Qənirə Paşayeva və Səməd Seyidovun, əvəzləyici qismində Sevinc Fətəliyeva, Çingiz Qənizadə, Naqif Həmzəyev, Elşad Həsənov, Asim Mollazadə və Fazil Mustafanın səlahiyyətləri təsdiq olunub.

Qeyd edək ki, sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası keçiriləcək. AŞ PA-nın plenar iclasında Gürcüstan və Ermənistanda keçirilmiş parlament seçkilərinin müşahidəsi üzrə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti