Bakı. Trend:
Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya rəsmi səfəri başlayacaq. Trend-in məlumatına görə, Gürcüstan Prezidentinin Administrasiyası səfərdə məqsədin qonşu ölkə kimi Azərbaycanla strateji tərəfdaşlığı davamlı şəkildə inkişaf etdirmək olması barədə xəbər yayıb.
Bakıda Gürcüstan liderinin yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir.
Bundan başqa, S.Zurabişvilinin Azərbaycanda təhsil alan gürcü tələbələr, burada işgüzar dairələrin nümayəndələri ilə görüşəcəyi də nəzərdə tutulur.